Forex-AZ Fərqli gəlir

TREYDER OTAĞI:
 ZƏNG VURUN:  (012),(050) 498 1677   (055) 668 5522
Bankların faiz dərəcələri:
Qaynar xəbərlər:

Azərbaycan nümayəndələri NASDAQ birjasının açılışında

983
718
982
720
719

30 iyun 2008 tarixində ölkəmizin iqtisadi həyatında olduqca əlamətdar bir hadisə baş vermişdir. Beynəlxalq Maliyyə Dünyasının ən böyük qurumlarından olan NASDAQ birjasında ticarət seansının açılışını tarixdə ilk dəfə olaraq Azərbaycan nümayəndələri – «İnvest-AZ» və «Forex-AZ» şirkətlərnin prezidenti Elşən Quliyev və Bakı Fond Birjasının rəhbərliyi həyata keçirmişlər.

Nasdaq açılışından video təqdimat

1971-ci ildən fəaliyyətə başlamış NASDAQ birjası hazırda gündəlik dövriyyəsində 3500-dən artıq şirkətin qiymətli kağızlarının iştirak etdiyi dünyanın ən böyük elektron birjasıdır. Bu birjada əsasən yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən (elektronika, proqram təminatı və s.) şirkətlərin qiymətli kağızları alınıb-satılır. İlk dəfə məhz bu birjada bütün alış-satış prosesləri tam şəkildə avtomatlaşdırılmış və bununla birja fəaliyyəti özünün daha şəffaf və keyfiyyətli bir mərhələsinə qədəm qoymuşdur. Hazırda NASDAQ Avropanın 8 ən iri birjasının da sahibidir. Günümüzdə NASDAQ nəinki yüksək texnologiyalar sahəsində ixtisaslaşmış şirkətlərin qiymətli kağızları üzrə ticarəti təşkil edir, eyni zamanda iqtisadiyyatın demək olar ki, bütün sahələrini əhatə edən indekslər də yayımlayır. Birjada kotirovka edilən indekslərin siyahısına nəzər salsaq NASDAQ’ın nə qədər böyük bir spektri əhatə etdiyinə bir daha şahid olarıq: Nasdaq Composite Index, Nasdaq National Market Composite index, Nasdaq-100 Index, Nasdaq Bank Index, Nasdaq Biotechnology Index, Nasdaq Computer Index, Nasdaq Financial Index, Nasdaq Industrial Index, Nasdaq Insurance Index, Nasdaq Telecommunications Index və s.

Nasdaq gündəlik ticarət seansına müxtəlif ölkələrindən olan və fəaliyyətində önəmli uğurlara imza atmış şirkət və qurum rəhbərlərinin təqdimatıyla başlayır. Bu şəkildə təqdimat birja iştirakçılarına hər gün yeni-yeni şirkətlərlə əməkdaşlıq imkanı yaradır, eyni zamanda dünyanın hər yerindən sərmayə sahiblərinin, beynəlxalq investisiya və maliyyə qurumlarının bu şirkətlərin timsalında yeni investisiya sahələri ilə tanışlığını mümkün edir. Bu mənada « İnvest-AZ» şirkəti rəhbərliyinin Nasdaq birjasında ticarət seansını açması şirkətin şəffaf və məqsədyönlü fəaliyyəti nəticəsində nəinki ölkəmizdə, hətta beynəlxaq səviyyədə də sərbəst sərmayə sahiblərinə yüksək keyfiyyətli investisiya xidmətləri təmin edə biləcək bir qurum olduğunu  bariz şəkildə təcəssüm etdirir.

Son dövrlər Azərbaycanda müşahidə olunan sürətli iqtisadi inkişaf, qabaqcıl texnoloji yeniliklərin tətbiqi sərbəst kapital ehtiyatlarının idarə edilməsi sahəsində də beynəlxalq standartlar əsasında fəaliyyət göstərən bir şirkətin yaranmasını labüd etmışdir. Bu mənada «İnvest-AZ» şirkəti zamanın zərurətindən doğmuşdur. Fəaliyyət göstərdiyi qısa müddətdə şirkətin əldə etdiyi təcrübə, texniki nailiyyətlər və inkişafa yönəlik meyllər şirkətin sərbəst kapital ehtiyatına malik hər şəxslərin istəklərinə layiqincə cavab verə biləcək gücdə olduğunu bir daha sübut edir. Əldə edilən uğurların arxasında duran ən önəmli faktorlardan biri də şirkətə güvənən investorlara təmin edilən yüksək gəlirlilikdir.

Ən yeni innovasiya metodlarına arxalanan «İnvest-AZ» xidmət göstərdiyi hər bir investorun biznes maraqlarına yüksək diqqətlə yanaşaraq fəaliyyətində şəffaflıq, mühafizəkar və effektiv iş prinsiplərini rəhbər tutur.


Sərmayələrin idarə edilməsi üzrə yüksək nəzəri biliklərə və geniş praktiki təcrübəyə malik kadrlar sərbəst kapitalın gələcək rifahı təmin etməsi üçün çalışırlar. Sərmayə idarəçiliyində əldə edilən nailiyyətlər və malik olduğu bəşəri dəyərlərə arxalanmaqla şirkət qürurla söyləyir:

“Potensialımız sonsuzdur!”


Əlavə edildi: 04-07-2008, 14:42:00
 

PayPal WebMoney Mastercard VISA BANK
SSL Trendoks IMG
© 2009 Forex-AZ. Bütün hüquqlar qorunur. | Version 5.0 ©2000-2010