Forex-AZ Fərqli gəlir

TREYDER OTAĞI:
 ZƏNG VURUN:  (012),(050) 498 1677   (055) 668 5522
Bankların faiz dərəcələri:
Qaynar xəbərlər:
Ana səhifəYükləməTicarət terminallarıTrendoks Trader FX4 Version 4.00


Trendoks Trader FX4 Version 4.00

Trendoks Trader FX4

FOREX bazarında fəliyyət göstərmək üçün şirkətimiz ən mükəmməl proqram təminatlarından olan - Trendoks Trader FX4 ticarət platformasını təqdim edir.

Trendoks Trader FX4 ticarət platforması vasitəsilə FOREX bazarında müxtəlif ticarət alətlərindən istifadə etməklə ticarət əməliyyatlarını icra etmək mümkündür. Terminal ticarət prosesini effektiv şəkildə idarə etmək üçün zəngin ticarət orderləri ilə təchiz edilmişdir. Terminal treyderin şəxsi kompüterinə yüklənir və aşağıdakı məqsədlər üçün nəzərdə tutulmuşdur:

- Real zaman rejimində qiymət kotirovkalarının və maliyyə xəbərlərinin qəbulu;
- Bazarın texniki analizi;
- İstifadəçiyə məxsus ekspert köməkçilərin, indikatorların və ticarət funksiyalarının yaradılması;
- Ticarət sərəncamlarının hazırlanması və ötürülməsi;
- Açıq ticarət əməliyyatlarına və gözləmə orderlərinə nəzarət və ticarət hesabının idarə edilməsi.

Trendoks Trader FX4

Maliyyə Bazarlarında ticarət əməliyyatlarını icra etmək və effektiv ticarət qərarları qəbul etmək üçün hər bir treyder bu sahədə operativ və etibarlı informasiyaya sahib olmalıdır. Məhz bu məqsədlə Trendoks Trader FX4 platformasında real zaman rejimində valyuta kortirovkaları və maliyyə xəbərləri təqdim edən funksiya quraşdırılmışdır. Operativ daxil olan kotirovkalar əsasında treyder texniki analiz indikatorlarından istifadə edərək bazarı analiz edə bilər. Ticarət terminalında "ekspert köməkçi" funksiyasının yerləşdirilməsi isə treyderləri qiymət hərəkətlərinə və açıq ticarət əməliyyatlarına müntəzəm şəkildə nəzarət etmək kimi rutin işdən azad etmişdir. Bütün bunlardan əlavə, ticarət əməliyyatlarını daha effektiv şəkildə idarə etmək üçün terminalda bir neçə növ gözləmə orderləri quraşdırılmışdır.

Platforma Microsoft Windows 98/ME/NT/2000/XP əməliyyat sisteminin dəstəyi ilə işləyir. Proqram təminatının tələbləri müvafiq əməliyyat sisteminin tələblərinə tam cavab verir.

Müəllif
Trendoks Investment Markets Group LLC
Faylın ölçüsü
4.4 MB


 

PayPal WebMoney Mastercard VISA BANK
SSL Trendoks IMG
© 2009 Forex-AZ. Bütün hüquqlar qorunur. | Version 5.0 ©2000-2010