Forex-AZ Fərqli gəlir

TREYDER OTAĞI:
 ZƏNG VURUN:  (012),(050) 498 1677   (055) 668 5522
Bankların faiz dərəcələri:
Qaynar xəbərlər:

Təhsil

«Forex-AZ» şirkətinin nəzdində 2001-ci ildən fəaliyyət göstərən Birja Məktəbi istənilən şəxslərə birja fəaliyyətini öyrənib, treyder-analitik peşəsinə sahib olmağı təklif edir. Peşəkar səviyyədə təşkil olunan və iki qrupa bölünən tədris sistemimiz bu sahədə yeni başlayanlar və yaxud Maliyyə Bazarlarında müəyyən təcrübəyə malik olanlar üçün nəzərdə tutulub.

"Yeni başlayanlara" adlı birinci qrupda Dünya Maliyyə bazarları ilə ilk dəfə tanış olan şəxslər üçün tədris kursları nəzərdə tutulmuşdur.

"Treyderlərə" adlı ikinci qrupda bu sahədə artıq müəyyən bilik və bacarıqlara yiyələnmiş və mövcud biliklərini daha yüksək səviyyəyə qaldırmaq istəyən treyderlər üçün kurslar nəzərdə tutulmuşdur.

Şirkətin ən müasir texniki vasitələrlə təchiz olunmuş Birja Məktəbi, beynəlxalq standartlara cavab verir və tələbələrin tədris prosesindən maksimum yararlanmasına imkan yaradır. Seminarlar zamanı "Forex-Maliyyə bazarının əlifbası" kitabından və audiovizual avadanlıqların dəstəyindən istifadə olunur, eyni zamanda hər bir tələbə Real Birjada, Demo hesablarla praktiki təcrübə qazanmaq imkanı əldə edir.

Kursları bitirmiş şəxslər sertifikatla və müvafiq tədris proqramını kompleks şəkildə əhatə edən dərs vəsaitləri ilə təmin olunurlar.

Birja məktəbinin iş saatları: Həftənin 1-5 günləri, saat 10:00-dan 19:00-dək.

Təhsillə bağlı suallarınıza Siz şirkətimizin təşkil etdiyi ödənişsiz İlkin Tanışlıq Seminarlarında cavab tapa bilərsiniz.

YENİ BAŞLAYANLARA

İlkin tanışlıq seminarları

İlkin tanışlıq seminarları

ÖDƏNİŞSİZ

Şirkətimiz arzu edən hər kəsi hüdudsuz imkanlar dünyası — maliyyə bazarları və xüsusilə Forex valyuta birjası ilə daha yaxından tanış olmağa dəvət edir. Seminar proqramına daxildir:...

İntensiv Kurs

İntensiv Kurs

99 AZN

«İntensiv» Universal kurs proqramı nəzəri və praktiki məşğələlərdən ibarətdir. Bu tədris proqramı müddətində əldə edəcəkləriniz ən qısa müddətdə Forex bazarında ticarət fəaliyyətinə...

Universal kurs

Universal kurs

199 AZN

Bütün növ analiz metodlarından və maliyyə alətlərindən istifadə etməklə Maliyyə Bazarlarında uğur əldə etmək istəyən şəxslərə Biz Universal Kurs hazırlıq proqramını təqdim edirik. Tədris proqramı 12...

İndividual Kurs

İndividual Kurs

299 AZN

Hazırlıq proqramı individual və dəyişkən dərs qrafiki rejimində tədris edilir. Bu kursun ən başlıca xarakterik cəhətləri hər bir iştirakçıya yalnız psixoloji cəhətdən deyil, eyni zamanda iştirakçının...

TREYDERLƏRƏ

Elliot dalğa nəzəriyyəsi

Elliot dalğa nəzəriyyəsi

599 AZN

Elliotun dalğa nəzəriyyəsi qiymət dəyişikliklərinin ən doğru analiz metodudur. Belə ki, Elliotun dalğa mexanizmi özündə təbii qanunauyğunluqları əks etdirir. Praktiki olaraq təbiətdə baş verən bütün...

Psixoanaliz

Psixoanaliz

999 AZN

Təcrübə göstərir ki, treyderlərin böyük əksəriyyəti maliyyə bazarlarına tam riyazi mexanizm kimi baxır və bu bazarlarda hər zaman uğur qazanadıracaq mükəmməl fəaliyyət formulu tapa biləcəkləri...

Professional kurs

Professional kurs

2999 AZN

Bizim professional kurslarımız — Sizi təminatlı uğura aparan yoldur !!! Müvafiq hazırlıq proqramı maliyyə bazarlarında təcrübəyə malik, lakin bu sahədə hər hansı səbəbdən uğur əldə edə...

 

PayPal WebMoney Mastercard VISA BANK
SSL Trendoks IMG
© 2009 Forex-AZ. Bütün hüquqlar qorunur. | Version 5.0 ©2000-2010