Forex-AZ Fərqli gəlir

TREYDER OTAĞI:
 ZƏNG VURUN:  (012),(050) 498 1677   (055) 668 5522
Bankların faiz dərəcələri:
Qaynar xəbərlər:
Ana səhifəRisk haqqında bildiriş

Risk haqqında bildiriş

Valyuta ticarəti əməliyyatları – hər kəsin bacara bilmədiyi və mahiyyət etibarilə çətin fəaliyyət növlərindən hesab edilməsinə baxmayaraq qısa müddət ərzində kifayət qədər yüksək səviyyədə gəlir əldə etməyə imkan yaradır. Forex bazarında ticarət əməliyyatları icra etməzdən öncə investisiya fəaliyətinizin məqsədlərini diqqətlə analiz etməli, bu sahədə təcrübə və biliyinizin yetərliliyinə tam şəkildə əmin olmalı, həmçinin risk etmək bacarığınızı və istəyinizi təhlil etməlisiniz. Ən başlıcası isə - zərərə uğrayacağı təqdirdə şəxsi həyat tərzinizə kəskin şəkildə mənfi təsir göstərə biləcək kapital ehtiyatlarınızı bu sahəyə investisiya etməməlisiniz.  

Forex bazarında icra edilən hər bir valyuta ticarəti əməliyyatı yüksək səviyyədə risklə müşahidə olunur. Belə ki, müvafiq valyutaların mənsub olduğu ölkələrdə mövcud siyasi və iqtisadi dəyişikliklər valyuta cütlərinin lilvidliyinə, valyuta kursuna və s. ciddi şəkildə təsir göstərə bilər. 

Bundan əlavə, Forex bazarında ticarət fəaliyyəti kredit xətti təqdim edilməklə həyata keçilir ki, bu da müştərinin ilkin depozit məbləği ilə müqayisədə bir neçə dəfə artıq həcmdə əməliyyatlar icra etməsinə imkan yaradır. Kredit xətti təqdim edilməklə həyata keçirilən bu tip ticarət sistemi müştərinin gəlir səviyyəsini yüksək həcmdə artırdığı kimi, zərər həcminin də kifayət qədər yüksək səviyyədə artmasına səbəb ola bilər. Müştərinin ilkin depozit şəklində yerləşdirdiyi vəsaitləri tamamilə itirməsi ehtimalı kifayət qədər realdır, həmçinin mövcud açıq ticarət mövqeyinin saxlanılması üçün müştəri tərəfindən əlavə depozit məbləğlərinin daxil edilməsi tələbi yarana bilər. Əlavə depozit məbləğlərinin yerləşdirilməsi ilə bağlı tələbin vaxtında yerinə yetirilməməsi müştərinin açıq ticarət mövqeyinin bağlanması ilə nəticələnə bilər ki, bu zaman müştəri yarana bilərcək zərər hallarına qarşı tam məsuliyyət daşıyır. Forex bazarında valyuta ticarəti fəaliyyəti ilə məşğul olan əksər investorlar ticarət əməliyyatlarından yarana biləcək riskli halları “stop-loss” və “limit” orderləri vasitəsilə minimuma endirirlər
 

PayPal WebMoney Mastercard VISA BANK
SSL Trendoks IMG
© 2009 Forex-AZ. Bütün hüquqlar qorunur. | Version 5.0 ©2000-2010