Forex-AZ Fərqli gəlir

TREYDER OTAĞI:
 ZƏNG VURUN:  (012),(050) 498 1677   (055) 668 5522
Bankların faiz dərəcələri:
Qaynar xəbərlər:
Ana səhifəTicarət fəaliyyətini nə cür həyata keçirməli?

Ticarət fəaliyyətini nə cür həyata keçirməli?

Valyuta qiymətlərinin hətta cüzi dəyişikliyindən belə mənfəət qazanmaq mümkündür. Bunun üçün bir qədər səbirli olub bu bölməni sonadək oxuyun – və Siz bunun nə qədər sadə olduğuna bir daha əmin olacaqsınız!

Forex bazarında ticarət fəaliyyətinin başlıca prinsipi valyuta cütlərinin bir-birinə qarşı alınması və ya satılmasıdır. Üstəlik bu cür ticarət öncədən seçə biləcəyiniz kredit çiyini ilə icra edilir.

Məsələn, ticarətinizi 1:100 kredit çiyini ilə həyata keçirsəniz şəxsi vəsaitinizdən 100 dəfə artıq həcimdə ticarət edə bilərsiniz.

Maliyyə birjalarında tətbiq olunan bu cür sistem Marjinal Ticarət sistemi olaraq tanınır.

Maliyə Bazarına istədiyiniz anda sərbəst qatılın

Daha aydın təsəvvür yaranması üçün misala baxaq:

Tutaq ki, hesabınızda 1: 100 kredit çiyini seçmişsiniz. Bu zaman istənilən ticarət əməliyyatı həyata keçirmək üçün Sizə tələb edilən vəsaitdən 100 dəfə az məbləğ lazım olacaq.
Məsələn: 1.3100 qiyməti ilə amerikan dollarına qarşı 100 000 avro almaq istəyirsiniz. Adi halda bu əməliyyat üçün Sizə 1.3100*100 000=$131 000 lazım olacaqdı, lakin 1:100 kredit çiyini sayəsində bu əməliyyat üçün Sizə tələb edilən vəsaitin 1%-i, başqa sözlə $1310 girov məbləğ kifayətdir.

Sərmayənizi dəfələrlə aşan həcmlərdə ticarət edin

Forexdə necə gəlir əldə etmək olar?


Məsələn: Sizin 5000$ məbləğində hesabınız var.
Təxmin edirsiniz ki, Avronun qiyməti Dollara nəzərən qalxacaqdır.
Bu halda dollara qarşı avro alsanız, bu artımdan mənfəət qazana bilərsiniz.

Qiymətlərin hər an dəyişməsindən gəlir qazanın

Forex bazarının əsas aspektləri


Valyuta kotirovkası – bir valyutanın digər valyutada ifadə olunmuş qiymətini əks etdirir (daha sadə ifadə ilə - bir valyutanın digər valyutadan nə qədər baha olduğunu göstərir). Yuxarıdakı misalda EUR/USD cütünün 1.3100 qiyməti avronun dollardan 1.31 dəfə baha olduğunu göstərir.

Broker tərəfindən təqdim edilən sadə kotirovka nümunəsi aşağıdakı şəkildə təsvir edilir:

1.3100/1.3103 – Bid/Ask qiymətləri.

Bid (Bid) — satış qiymətidir (bu qiymətlə valyuta cütünü sata bilərsiniz)
Ask (Аsк) — alış qiymətidir (bu qiymətlə valyuta cütünü ala bilərsiniz)
Spread (Spred) — Bid və Ask qiymətləri arasındakı fərqdir (brokerin maddi maraqlarını ifadə edir – bizim misalda 1.3103 - 1.3100 = 0.0003, 3 punkt (3 pips, 3 points))
Lot — ticarət əməliyyatının həcm ölçüsü.
1 lot — 100 000 baza valyutası (bizim misalda EUR/USD üzrə bu 100 000 EUR)
0.1 lot — 10 000 baza valyutası (bizim misalda EUR/USD üzrə bu 10 000 EUR)
0.5 lot — 50 000 baza valyutası və s.
Point (Punkt, pips) — valyuta qiymətinin minimal dəyişməsi, qiymət addımı.
1 point — 0.01 sent
1 point — $0.0001

İRAD VƏ TƏKLİFLƏRİNİZ
 

PayPal WebMoney Mastercard VISA BANK
SSL Trendoks IMG
© 2009 Forex-AZ. Bütün hüquqlar qorunur. | Version 5.0 ©2000-2010