Forex-AZ Fərqli gəlir

TREYDER OTAĞI:
 ZƏNG VURUN:  (012),(050) 498 1677   (055) 668 5522
Bankların faiz dərəcələri:
Qaynar xəbərlər:
Ana səhifəHesab açılışıDemo hesab açılışı

Demo hesab açılışı

Heç bir risk etmədən, şəxsi bacarıqların real zaman rejimində sınaqdan keçirilməsi ilə ticarət fəaliyyətinə başlamanın yeganə yolu – virtual demo hesablarla ticarətdir.

Video keyfiyyəti

Demo hesab açılışı
Dərc edilmə tarixi: 11.07.2009 11:51

Demo hesablarda ticarət Sizə texniki və fundamental analiz proseslərini daha dərindən öyrənməyə, həmçinin əməliyyatların icrası və ticarət orderlərindən istifadə texnologiyasını mənimsəməyə imkan yaradır. Bir sıra xüsusiyyətlər istisna olmaqla, Demo hesablar funksional imkanları baxımından real hesablardan praktiki olaraq fərqlənmir:

— Siz şəxsi kapitalınızla risk etmirsiniz. Bununla yanaşı real bazarda olduqca əhəmiyyətli olan özünüzə inam hissini formalaşdırırsınız.

— Bütün mənfəət və zərərlər virtual olduğundan Demo hesabın açılması üçün ilkin depozit tələb edilmir. Hesab açılarkən hesabın məbləğini istədiyiniz həcmdə seçə bilərsiniz, lakin bu məbləğin gələcəkdə planlaşdırdığınız real hesab məbləğinə yaxın seçilməsi daha məqsədəuyğundur.

Bunun üçün nə lazımdır?

«Forex-AZ» şirkəti Demo hesabların açılması üçün unikal, istifadədə asan və müasir Trendoks Trader FX4 ticarət platformasını təqdim edir.

Demo hesablarının açılması.

Trendoks Trader FX4 terminalını bizim saytdan yükləyə bilərsiniz. Ticarət terminalı tam şəkildə yükləndikdən sonra ilk istifadə zamanı Demo hesab açılışı təklif olunacaqdır.

Trendoks demo hesabı açılması 1 Trendoks demo hesabı açılması 2 Trendoks demo hesabı açılması 3

Bütün bəndlər tələb edilən məlumatlarla doldurulmalıdır, əks təqdirdə hesab aktivləşməyəcəkdir. "Kredit dayağı" bəndində hesab üzrə kredit dayağının həcmini, "Depozit" bəndində isə ilkin deposit məbləğini seçmək mümkündür. Kredit dayağı və ilkin depozit məbləğinin həcmini gələcəkdə planlaşdırılan real hesab üzrə kredit dayağı və ilkin depozit həcminə bərabər götürülməsi daha məqsədəuyğundur. "Hesabın növü” bəndində təqdim edilən siyahıdan müvafiq ticarət hesabının növünü seçə bilərsiniz. "Hesabın növü" broker kompaniyasında müvafiq hesabın aid edildiyi qrupu bildirir.

Qeydiyyat düyməsi "Xəbərləri elektron poçt vasitəsilə qəbul etməyə razıyam" bəndi qarşısında təsdiqləyici işarə qoyulmayanadək aktivləşməyəcəkdir. Pəncərədəki bütün sahələr doldurulduqdan sonra "İrəli" düyməsini basın. Hesabın açılışı proseduru müvəffəqiyyətlə yekulaşdıqdan sonra ekranda parol və loqin nömrəsi əks olunmuş pəncərə açılacaqdır.

Demo hesab açılışı "Naviqator-> Hesab" pəncərəsində açıq hesabın nömrəsi və hesab sahibinin adı yazılmaqla, "Terminal -> Ticarət" bölməsində isə ticarət hesabının mövcud durumunun əks etdirilməsi ilə yekunlaşır.

 

PayPal WebMoney Mastercard VISA BANK
SSL Trendoks IMG
© 2009 Forex-AZ. Bütün hüquqlar qorunur. | Version 5.0 ©2000-2010